Ağayev uduzdu - Avropa Oyunları
Azərbaycan taekvondoçusu Cavad Ağayev Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə uğursuz başlayıb.
MediaSport.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində Konstantinos Camalidisə (Yunanıstan) 1:2 hesabı ilə məğlub olub.
Rəqib finala vəsiqə qazansa, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, daha əvvəl taekvondoçulardan Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal əldə edib.