Daha bir Azərbaycan idmançısı Avropa çempionu adını qazandı

Daha bir Azərbaycan idmançısı Avropa çempionu adını qazandı

Azərbaycanın daha bir parataekvondoçusu Avropa çempionatında qızıl medal qazanıb.

mediasport.az xəbər verir ki, Niderlandın Rotterdam şəhərində keçirilən qitə birinciliyində 80 kq (K44) çəki dərəcəsində çıxış edən Əbülfəz Abuzərli bütün rəqiblərindən güclü olmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançılarımız turnirdə bunadək 10 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq), Xanım Hüseynova (cüdo, 70 kq) və İmaməddin Xəlilov (taekvondo, 70 kq, K44) Avropa çempionu olublar.

İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.