Taekvondoçularımız Niderlandda 2 qızıl, 1 gümüş medal qazandılar

Taekvondoçularımız Niderlandda 2 qızıl, 1 gümüş medal qazandılar

Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı keçirilib.

mediasport.az xəbər verir ki, idmançılarımız uğurlu çıxış edərək 2 qızıl və 1 gümüş medal qazanıb.

Komandamızın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gəlib, Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.