Taekvondoçumuz Tehran turnirində bürünc medal qazanıb
Taekvondo üzrə Azərbaycan yığması İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” turnirində ilk medalını qazanıb.
Mediasport.az xəbər verir ki, G1 kateqoriyalı yarışda Rahid Vəliyev fəxri kürsüyə çıxıb.
54 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz bürünc medal əldə edib.
Qeyd edək ki, Azərbaycan millisi “Fəcr Open” turnirindən sonra Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin Kubokunda da iştirak edəcək.
Yarış fevralın 16-19-da keçiriləcək.