Azərbaycan 33-cü Yay Olimpiya Oyunlarını 7 medalla başa vurdu

Azərbaycan 33-cü Yay Olimpiya Oyunlarını 7 medalla başa vurdu

Azərbaycan komandası Fransanın paytaxtı Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunlarında çıxışını yekunlaşdırıb.

Mediasport.az xəbər verir ki, 4-illiyin zirvə yarışına 48 idmançı ilə yollanan ölkəmiz aktivinə 7 medal yazdırıb.

Son yarış günündə sərbəst güləşçimiz Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıb.

Komandamız medal sıralamasında 30-cu pillədə qərarlaşıb.

Çin 91 medalla (40 qızıl, 27 gümüş, 24 bürünc) 1-ci, ABŞ 125 medalla (39 qızıl, 44 gümüş, 42 bürünc) ikinci, Yaponiya isə 45 medalla (20 qızıl, 12 gümüş, 13 bürünc) üçüncü yeri tutub.

Dünyanın idman bayramında Azərbaycan komandasının heyətində medal qazananlar cüdoçular Hidayət Heydərov (73 kq, qızıl), Zelim Kotsoyev (100 kq, qızıl), boksçu Loren Alfonso Dominges (92 kq, gümüş), taekvondoçu Qaşim Maqomedov (58 kq, gümüş), yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq, bürünc) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq, bürünc), Maqomedxan Maqomedov (97 kq, bürünc) olublar.


Parisdə medal qazanmayan idmançı və komandalarımızı təqdim edirik:


Cüdo

Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq), Uşangi Kokauri (+100 kq), Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq)

Boks

Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Məhəmməd Abdullayev (+92 kq)

Sərbəst güləş

Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq)

Yunan-Roma güləşi

Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq)

Qadın güləşi

Mariya Stadnik (50 kq)

Badminton

Edi Reski Dviçayo (kişilər, fərdi), Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Bədii gimnastika

Zöhrə Ağamirova

Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)

Batut gimnastikası

Selcan Mahsudova

Atletika

Anna Skidan, çəkicatma

Atıcılıq

Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Basketbol

Qadın yığması, 3x3 növü

Avarçəkmə

Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)

Triatlon

Rostislav Pevtsov

Qılıncoynatma

Anna Başta, (sablya)

Kamandan oxatma

Yaylagül Ramazanova

Üzgüçülük

Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə.