Azərbaycan yığma komandasının hücumçusu Misirə yollandı - FOTO

Azərbaycan yığma komandasının hücumçusu Misirə yollandı - FOTO

Futbol üzrə Azərbaycan milli komandası və "Qrasshopper"in (İsveçrə) hücumçusu Renat Dadaşov istirahətə yollanıb.

MediaSport.az xəbər verir ki, 24 yaşlı forvard Misirə üz tutub.

2017-ci ildən əsas yığmamızda forma geyinən Renat istirahət zamanı çəkdirdiyi şəkli sosial şəbəkə hesabında paylaşıb.

Futbolçu millimizdə indiyədək 19 oyun keçirib, 1 qol vurub.