Yığma vətənə 6 medalla qayıdır
Ağır atletika komandamız Türkiyənin paytaxtı Ankarada olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turniri 6 medalla başa vurublar.
Federasiyadan mediasport.az saytına verilən məlumata görə, son olaraq qadınların yarışında Rahilə Hüseynzadə (76 kq) bürünc medal qazanıb. O, toplamda 179 kq (82+97) nəticə ilə yekun sıralamada 3-cü olub.
Daha əvvəl, Nazilə İsmayılova (49 kq) 3 bürünc medal əldə edib, Tehran Məmmədov (67 kq) və Ömər Cavadov (73 kq) isə gümüş medal qazanıblar.