Federasiya prezidenti yığmanın təlim-məşq bazasına baş çəkib
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə yığma komandalarımızın təlim-məşq bazası olan Ağır Atletika Mərkəzində olub.
Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, qurum rəhbəri bazada yaradılan şəraitlə tanış olub, məşq və yarış zalı, tibb, tədris, istirahət və digər otaqları gəzib, maddi-texniki təminatın vəziyyətini öyrənib, onun yaxşılaşdırılması barədə fikir mübadiləsi aparıb, rəy və təkliflərini verib.
Federasiya prezidenti idmançıların yüksək nailiyyətlər qazanması üçün onlara ən yaxşı şəraitin yaradılmasının vacibliyini vurğulayıb.