AVF rəsmiləri "İstanbul Bakı"da seleksiya tədbirləri keçiriblər

AVF rəsmiləri "İstanbul Bakı"da seleksiya tədbirləri keçiriblər

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

Mediasport.az xəbər verir ki, federasiya nümayəndələri keçirilən seleksiya tədbirləri çərçivəsində "İstanbul Bakı" klubunun bazasında olublar.

Onlar Bəxtiyar Hüseynovla Pərvin Hüseynovanın rəhbərliyi altında məşq edən 50-dən çox 15 yaşadək qızların məşqini izləyiblər və bəzi idmançıların qeydiyyatını aparıblar.

Nəticədə, 8 voleybolçu yeniyetmə və gənc qızlardan ibarət komandaların rəhbəri Şahin Çatma tərəfindən keçiriləcək "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi"nə cəlb olunacaqlar.