Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Vətənə qayıdıblar

Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Vətənə qayıdıblar

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan azərbaycanlı cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Vətənə dönüblər.

Mediasport.az xəbər verir ki, Olimpiya çempionlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi sonuncu dəfə 2008-ci ildə Elnur Məmmədlinin (73 kiloqram) iştirakı ilə Pekin Olimpiadasında qızıl medal əldə edib.