"Mən fəxr edirəm ki, Fransada Olimpiya çempionu oldum"
"Mən fəxr edirəm ki, Fransada Olimpiya çempionu oldum, bizim bayrağımız qalxdı və himnimiz səsləndirildi. Mən bununla çox fəxr edirəm, çox sağ olun, Sizə minnətdaram".
Mediasport.az xəbər verir ki, bunu Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
"Cənab Prezident, bu gün bizi buraya dəvət etdiyiniz üçün çox sağ olun. Mən çox xoşbəxtəm ki, dünya çempionu olanda Siz məni təbrik etdiniz, dəstək oldunuz.
Olimpiya çempionluğunda ilk olaraq Siz mənə zəng edib təbrik etdiniz. Düzdür, özü burada olmasa da, mən bizim Olimpiya çempionumuz Elnur Məmmədliyə “çox sağ ol” demək istəyirəm.
Biz bir-birimizə söz vermişdik ki, Avropa, dünya və Olimpiya çempionu olacağıq və olduq.
İnşallah, bundan sonra da Los-Anceles olimpiadasına birlikdə hazırlaşıb orada da öz qələbəmi göstərəcəyəm".
Xatırladaq ki, idmançımız 73 kq çəki dərəcəsində bütün rəqiblərindən güclü olub.