ÖZƏL! Azərbaycanda daha bir klub Birinci Diviziona çıxmağa hazırlaşır

ÖZƏL! Azərbaycanda daha bir klub Birinci Diviziona çıxmağa hazırlaşır

Əsası 2022-ci ilin yayında qoyulan “Göygöl” klubu eyniadlı rayonun həvəskar gənclərinin təşəbbüsü ilə yaradılsa da, peşəkarlaşmaq istiqamətində ciddi addımlar atmağa hazırlaşır.

Klub artıq 2023-2025-ci illəri əhatə edəcək strategiya da hazırlayıb, yaxın illərdə tələb olunan infastrukturu formalaşdırıb Peşəkar Futbol Liqasının keçirdiyi yarışlarda, azı Birinci və ya İkinci Divizionda mübarizə aparmağı planlaşdırır.

Bölgə təmsilçisi ilk dəfə olmasına baxmayaraq, son mövsüm Region Liqasında heç də pis nəticə göstərməyib. Yarışdıqları şimal-qərb regionunu 4-cü pillədə başa vurublar. Pley-offa vəsiqə qazanmış “Karvan”dan 9 xal geri qalıblar.

 

1

Karvan

14

10

3

1

44

8

36

33

2

Marxal-Şəki

14

11

0

3

49

13

36

33

3

Qala-Şəmkir

14

8

3

3

39

21

18

27

4

Göygöl

14

7

3

4

42

16

26

24

5

Ağstafa

14

5

2

7

32

39

-7

17

6

Göyəzən

14

4

4

6

32

30

2

16

7

VT Gəncə

14

2

1

11

28

61

-33

7

8

Şəki

14

1

0

13

11

89

-78

3

 

Saytımıza verilən məlumata görə, şəhər rəhbərliyinin futbola xüsusi marağı var və komandanın imkanlarının genişləndirilməsi, peşəkarlaşması istiqamətində tədbirlər görməyə çalışır. İcra Hakimiyyəti Göygöl rayon Olimpiya İdman Kompleksini klubun ixtiyarına verib, baza kimi istifadə olunmasına şərait yaradıb.

mediasport.az saytına gələcək planlar, hədəflər barədə danışan “Göygöl”ün prezidenti Kamran Əliyev deyir ki, əsas hədəfləri Qərb regionunda dayanıqlı, müsbət təsirə malik, müasir tələblərə uyğun, şəffaf və güvənilir yerli futbol məktəbinin təməlini qoymaqdır.

Klub rəhbəri regional futbol brendini formalaşdırmağa çalışdıqlarını bildirib: “İstəyirik ki, əhali arasında sağlam həyat tərzini aşılayaq, potensialı olan gəncləri peşəkar idmana cəlb edək. Bununla eyni zamanda insanların rifahının yüksəldilməsinə dəstək göstərmək arzusundayıq. Əsas məqsədimiz 2025-ci ilədək tam tərkibdə peşəkar klub formalaşdırmaq və inkişaf etdirməkdir. 2024-cü ildə Birinci Divizionda mübarizə aparmağı hədəfləyirik, eyni zamanda Uşaq Futbol Məktəbinin yaradılması da gündəmimizdə əsas prioritetlərdən biridir”.

Əliyevin fikrincə, bununla kifayətlənməyəcəklər. Klub rəsmisi deyir ki, bölgədə uşaq və qadın futbolunun yaradılması da onların əsas strategiyasına daxildir: “İlkin olaraq U-8, U-12, U-14 yaş kateqoriyaları üzrə komandalar yaratmaq, ucqar kəndlərdə bu sahədə təşviqat işini gücləndirmək, rayondaxili, həmçinin kənd bələdiyyələri arasında turnirlər təşkil etmək istəyirik. Məktəblərdə və digər təhsil müəssisələrində qız uşaqlarının futbola cəlb edilməsi istiqamətində maarifləndirici görüşlər, qızlardan ibarət azarkeş qrupunun yaradılması, futbol festivallarının təşkil edilməsi, eyni zamanda, sosial məsuliyyət layihələrinin və Azərbaycanın tanınmış futbolçuları ilə görüşlərin təşkili qarşıya qoyduğumuz hədəflərin bir parçasıdır”.

Klub prezidentinin sözlərinə görə, strategiyanın həyata keçirilməsi üçün vacib şərt olan maliyyə dayağının təşkili, gücləndirilməsi istiqamətində bəzi addımları atmağı planlaşdırırlar: “Rayonda müasir Təlim-Məşq Bazasının yaradılması, istifadəyə yararsız şəhər stadionunun yenidən qurulması və.s. texniki və mühüm məsələlərin həlli istiqamətində özəl şirkət və aidiyyəti qurumlarla əlaqələrimizi sürətləndirməyə çalışacağıq. AFFA və digər potensial sponsorların dəstəyilə 2024-ci ilin sonunadək şəhər stadionunda təmir-tikinti işlərinə başlamaq niyyətindəyik. Planımızda Futbolun İnkişafı Fondu (FİF) ilə əməkdaşlığı genişləndirmək də var”.