"Bayer"in "11 fəhlə"si Bakının məşhur "Alov qüllələri"nin önündə
Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçı çərçivəsində “Qarabağ”ın qonağı olacaq Almaniyanın "Bayer" klubunun sosial şəbəkə hesablarında maraqlı paylaşım diqqət çəkib.
Mediasport.az xəbər verir ki, leverkuzenlilərin “Oyun günü” başlığı ilə paylaşdığı şəkildə Bakıdakı “Alov qüllələri”nin önündə dayanan "Bayer"in rəmzi avtobusunun qarşısında 3 futbolçusu yer alıb.
Qüllələri hər iki klubun bayraqları asılan iplər birləşdirib.
Leverkuzen təmsilçisinin avtobusunun üzərində “Avropa miqyasında” və “Sadəcə insan” ifadələri, həmçinin klubun ləqəbi olan “11 fəhlə” yazısı əks olunub.
Qeyd edək ki, qarşılaşma saat 21:45-də start götürəcək.