Messi Van Qaala hücum çəkib Veqhorstu təqhir etdi: "Nə baxırsan, axmaq? Çıx get burdan" - VİDEO

Messi Van Qaala hücum çəkib Veqhorstu təqhir etdi: "Nə baxırsan, axmaq? Çıx get burdan" - VİDEO

Dünya Kubokunun 1/4 final mərhələsinin Niderland - Argentina oyununun ardından xoşagəlməz hadisə yaşanıb.

mediasport.az xəbər verir ki, "narıncılar"ı penaltilər seriyasında məğlub etməklə yarımfinala çıxan cənubi amerikalıların kapitanı Lionel Messi rəqib komandanın baş məşqçisi Lui Van Qaal və hücumçu Vout Veqhorsta qarşı kobudluq edib.

Qarşılaşma bitər-bitməz Niderland yığmasının baş məşqçisinə hücum çəkən Messi görüşdə iki qol vuran Veqhorsta da müsahibə zamanı "Nə baxırsan, axmaq? Çıx get burdan" deyərək təhqiredici ifadələr işlədib. Bütün bunlar kameralardan yayınmayıb.

Veqhorst 35 yaşlı futbolçunun bu hərəkətinə münasibət bildirərkən deyib ki, onu təbrik etməyə yaxınlaşırmış: "Messidən heç belə hərəkət gözləməzdim, ona yaraşmadı, mən təbrik etmək istəyirdim".