Rüstəm Orucov Avropa Cüdo Birliyində yeni vəzifəsinə başlayıb
Cüdo üzrə Azərbaycan milli komandasının sabiq üzvü Rüstəm Orucov Avropa Cüdo Birliyində yeni vəzifəsinin icrasına başlayıb.
Mediasport.az xəbər verir ki, tanınmış idmançı 24-25 fevral tarixlərində Latviyanın paytaxtı Riqa şəhərində keçirilən veteranlar arasında Avropa Kubokunda idman komissarı olub.
Olimpiya mükafatçısı yeni vəzifəsilə bağlı təəssüratlarını bölüşüb:
"Bu vəzifə böyük məsuliyyət daşıyır. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Riqada keçirilən turnir yüksək səviyyədə keçdi. Gələcəkdə də Avropa Cüdo Birliyində fəaliyyətimi davam etdirməyi düşünürəm”.