Azərbaycanın iki hakimi B kateqoriyalı lisenziya əldə edib

Azərbaycanın iki hakimi B kateqoriyalı lisenziya əldə edib

Azərbaycanın cüdo referiləri Pərviz Hüseynov və Mehman İmamquliyev B kateqoriyalı lisenziya əldə ediblər.

Mediasport.az xəbər verir ki, onlar buna Avstriyanın Qrats şəhərində Avropa Cüdo Birliyi (EJU) tərəfindən təşkil olunan imtahanda nail olublar.

İlkin olaraq hakimlər nəzəri hissəyə dair imtahan veriblər.

Daha sonra, iyunun 1-2-də keçirilən gənclər arasında Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər.

Həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə keçən hakimlər B kateqoriyalı hakimlik lisenziyasını əldə ediblər.