Azərbaycan milli komandasının üzvü "Qran-pri"də "bürünc" qazanıb

 Azərbaycan milli komandasının üzvü "Qran-pri"də "bürünc" qazanıb

Azərbaycanlı cüdoçu Elcan Hacıyev Portuqaliyanın Odivelaş şəhərində keçirilən "Qran-pri"də bürünc medal qazanıb.

Mediasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 3-cü yer uğrunda görüşdə israilli Quy Qurevitçə qalib gəlib.

Eyni çəkidəki Vüqar Talıbov və Uşanqi Kokauri (+100 kq) mükafat qazana bilməyiblər.

Buna qədər Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) "gümüş" qazanıblar. Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunub.