Nicat Abasov 3-cü yer uğrunda görüşə qələbə ilə başladı
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrunda ilk oyununda qələbə qazanıb.
mediasport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya qalib gəlib.
Ağ fiqurlarla mübarizə aparan Abasov 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.
Qeyd edək ki, şahmatçılar sabah ikinci dəfə qarşılaşacaqlar. Dünya Kubokunda bürünc medal qazanmaq üçün Nicat Abasova heç-heçə də kifayət edəcək.