Mükafat fondu 8000 manat olan Azərbaycan çempionatı keçiriləcək

  Mükafat fondu 8000 manat olan Azərbaycan çempionatı keçiriləcək

Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Mediasport.az xəbər verir ki, yarışın ümumi mükafat fondu 8000 manat təşkil edəcək. 5000 manat kişilərin, 3000 manat qadınların turnirində oynanılacaq.

Kişilər arasında ölkə çempionatında FİDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən yuxarı olan, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilər.

4-7 oktyabr tarixlərində keçiriləcək Azərbaycan çempionatı rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutan şahmatçı ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaq. 

Qeydiyyat 25 sentyabr 2024-cü il tarixində sona çatır.