Cüdo millimiz DÇ-də yalnız iki bürünc medal qazandı - FİASKO!
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya çempionatında fərdi mübarizə başa çatıb.
mediasport.az xəbər verir ki, yarışa 10 idmançı ilə yollanan ölkəmiz yalnız iki bürünc medal qazana bilib.
Medalları aktivimizə 73 kq-da mübarizə aparan Hidayət Heydərovla Zelim Kotsoyev (100 kq) yazdırıb.
Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov (73kq) Leyla Əliyeva (48 kq), Orxan Səfərov və Yaşar Nəcəfov (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Səid Mollayi və Elcan Hacıyev (81 kq) dünya çempionatını medalsız başa vurublar.