Azərbaycanın bədii gimnastları İspaniyada qızıl medal qazanıblar

  Azərbaycanın bədii gimnastları İspaniyada qızıl medal qazanıblar

Azərbaycanın bədii gimnastları İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

Mediasport.az xəbər verir ki, böyüklərdən ibarət millinin üzvləri qızıl medal qazanıblar.

Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova çoxnövçülük proqramında ən yüksək nəticəyə nail olub.