Paris-2024: Basketbol yığmamız Fransa millisinə məğlub oldu

Paris-2024: Basketbol yığmamız Fransa millisinə məğlub oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, yığmamız III tur çərçivəsində meydan sahibi Fransa seçməsi ilə üz-üzə gəlib.

Matç komandamızın 10:15 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xatırladaq ki, komandamız ilk turda Ispaniyaya 16:18 hesabı ilə uduzub, ardınca ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.

Azərbaycan basketbolçuları növbəti görüşü bu axşam Almaniya millisinə qarşı keçirəcəklər.