Dünya Kubokuna qatılacaq Azərbaycan idmançıları müəyyənləşdi

Dünya Kubokuna qatılacaq Azərbaycan idmançıları müəyyənləşdi

Aprelin 14-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq Azərbaycan idmançıları bəlli olub.

mediasport.az xəbər verir ki, 3 gün davam edəcək yarışda milli komandamızın 8 üzvü mübarizə aparacaq.

Fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri - Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva medal uğrunda yarışacaqlar.