Azərbaycan millisinin qapıçısını Rusiya və ərəb klubları istəyir
Ötən ay "Adana Dəmirspor"dan ayrılan Şahruddin Məhəmmədəliyev karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Mediasport.az saytına verilən məlumata görə, 30 yaşlı qolkiperlə yarımadanın 1-ci Liqa klubları maraqlanır.
Azərbaycan millisinin üzvünü Rusiya təmsilçiləri də transfer etmək istəyir.
Türkiyə klubu ilə maddi problemlərə görə vidalaşan "Şah"ın meneceri danışıqları davam etdirir.
Xatırladaq ki, Məhəmmədəliyev 2023-cü ilin yayında 7 illik "Qarabağ" karyerasını başa vuraraq Superliqaya yollanmışdı.
O, Adana klubunun heyətində 20 görüşdə forma geyinib.