Azərbaycanlı atlet "Asiya uşaqları" Oyunlarında bürünc medal qazanıb
Azərbaycanlı atlet Mehdi Abbaszadə Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında 3-cü olub.
Mediasport.az xəbər verir ki, o, bürünc medala layiq görülüb.
Mehdi kişilər arasında 200 metr məsafəyə qaçış yarışında bunu bacarıb.