Azərbaycanlı hakim Çempionlar Liqası oyununa təyinat alıb

Azərbaycanlı hakim Çempionlar Liqası oyununa təyinat alıb

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqası matçına təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, E qrupunda yer alan "Qrinyard MAASEİK" (Belçika) və "Arçada QALATİ” (Rumıniya) komandalarının görüşündə birinci hakim olacaq.

Görüş bu gün, saat 23:30-da "Steengoed Arena MAASEİK" arenasında keçiriləcək.