Azərbaycanlı hakimlər Avropa çempionatında iş başında olacaqlar

Azərbaycanlı hakimlər Avropa çempionatında iş başında olacaqlar

Azərbaycanın FİBA dərəcəli beynəlxalq hakimləri yayda təşkil olunacaq yeniyetmə oğlanlar arasında basketbol üzrə Avropa çempionatının seçmə mərhələ oyunlarında ölkəmizi təmsil edəcəklər.

Mediasport.az xəbər verir ki, beynəlxalq basketbol qurumunun seçiminə əsasən, Ələkbər Həsənov, Ruslan Xalıqov və Urfan Bayramlı yarışlarda fit sahibi olacaqlar:

Ələkbər Həsənov: Rumıniya, U-20 oğlanlar "B" divizionu (12-21 iyul) və Yunanıstan, U-16 oğlanlar "A" divizionu (9-17 avqust);

Ruslan Xalıqov: Albaniya, U-16 oğlanlar "C" divizionu (9-14 iyul);

Urfan Bayramlı: Cəbəllütariq, U-16 qızlar "C" divizionu (9-14 iyul), Albaniya, U-18 oğlanlar "C" divizionu (23-28 iyul), Şimali Makedoniya, U-16 oğlanlar "B" divizionu (8-17 avqust).