Son çempion və "Neftçi" 9-cu turu qələbə ilə başa vurublar

Son çempion və "Neftçi" 9-cu turu qələbə ilə başa vurublar

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib.

Mediasport.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan ilk matçda "Neftçi" "Sərhədçi" ilə qarşılaşıb.

Gərgin keçən görüşdə birincilər az fərlə qələbə qazanıblar - 88:86.

Ən məhsuldar basketbolçular "Neftçi"dən Toraye Breyk (25 xal, 14 assist), "Sərhədçi"dən Brendon Miller (29 xal, 11 assist) olublar.

Günün ikinci oyununda liderlər qrupunda qərarlaşan "Xəzri" və "Sabah" komandaları üz-üzə gəliblər.

Son Azərbaycan çempionu parket üzərindən qalib ayrılıb - 84:80. Ən məhsuldar basketbolçular "Xəzri"dən Amil Həmzəyev (17 xal, 5 ribaund), "Sabah"dan Mayk Holton (18 xal, 4 assist) olublar.