Azərbaycanlı mütəxəssis ilin ən yaxşı məşqçisi seçilib
Azərbaycanın şahmat üzrə beynəlxalq qrossmeysteri Cahangir Ağarəhimov mükafatlandırılıb.
Mediasport.az xəbər verir ki, o, dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülüb.
Ağarəhimovun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar.
Onun tələbəsi, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının "qızıl"ını qazanıb.