Azərbaycan millisi Avropa Kubokunda bürünc medal qazanıb
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri millisi Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
Mediasport.az xəbər verir ki, komanda Milli Gimnastika Arenasında təşkil olunan yarışda üçüncü yeri tutub.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzanın heyətində yer aldığı yığma çoxnövçülükdə 71,550 xal toplayıb.
Qeyd edək ki, qrup hərəkətləri millimiz həm 5 halqa, həm də 3 lent və 2 topla hərəkətdə finala adlayıb.