"Bakı" Azərbaycan çempionatında yarışacaq - PÜŞK ATILDI
2022/2023-cü illər mövsümündə həndbol üzrə Azərbaycan çempionatlarında iştirak edəcək komandalar müəyyənləşib, həmçinin XXIX ölkə çempionatının püşkatma mərasimi keçirilib.
mediasport.az xəbər verir ki, kişilərin mübarizəsində "Bakı", "Təhsil", "Məhsul", "İdman Akademiyası", "Dinamo", RİOEUGİM və U-16, qadınların yarışında "Azəryol", "Qarabağ", "İdman Akademiyası", "Azərsu" və U-16 medallar uğrunda mübarizə aparacaq.
Tədbirdə federasiyanın məsul işçiləri və komandaların baş məşqçiləri iştirak ediblər. Əvvəlcə yarışın direktoru İsgəndər Əsgərov mövsümün noyabrın 12-dən aprelin 30-dək “AHF Arena”da baş tutacağını bildirib.
O, yarışın dairəvi üsulla dörd dövrədən ibarət olacağını diqqətə çatdırıb. Həmçinin çempionatın reqlamenti, qaydalardakı son dəyişikliklər, oyun cədvəli və digər məsələlər barədə məlumat verilib.