Federasiya prezidenti olimpiya çempionunu mükafatlandırıb

Federasiya prezidenti olimpiya çempionunu mükafatlandırıb

Azərbaycanın tanınmış həndbolçusu Lyudmila Şubina Fəxri Fərmanla təltif olunub.

Mediasport.az xəbər verir ki, federasiya prezidenti Saleh Məmmədov 75 yaşını qeyd edən olimpiya çempionu ilə görüşərək mükafatı ona təqdim edib.

S.Məmmədov yubilyara xoş sözlərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Lyudmila Şubina SSRİ millisinin heyətində 1976-cı ildə keçirilən Monreal Olimpiadasının qızıl medalına yiyələnib. Beynəlxalq dərəcəli idman ustası hazırda “Qarabağ” həndbol klubunun prezidenti kimi fəaliyyət göstərir.