Bakıda olimpiadaya lisenziya xalı verən yarışda ilk qalib kim oldu?

Bakıda olimpiadaya lisenziya xalı verən yarışda ilk qalib kim oldu?

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsinin qalibi müəyyənləşib.

mediasport.az xəbər verir ki, turnirin birinci gününün qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.

O, Bakının Səbail rayonundakı Veloparkdan 150 km məsafə qət edərək Şamaxıdakı finiş xəttinə hamıdan tez çatıb. İtaliyalı Ansalone Emanuele ikinci, rumıniyalı Kristian Rayleanu isə üçüncü yeri tutub.

Yarışın ikinci mərhələsi sabah keçiriləcək. Velosipedçilər Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 176,2 km məsafəni qət etməlidirlər.

İyunun 11-nə qədər davam edəcək “Əziz Şuşa” beynəlxalq velosiped yarışında dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparır. Yarış "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verir.