Bakıda "Formula 2" yarışı üzrə sərbəst yürüş start götürdü

Bakıda "Formula 2" yarışı üzrə sərbəst yürüş start götürdü

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda "Formula 2" yarışı üzrə sərbəst yürüşə start verilib.

Mediasport.az xəbər verir ki, yürüş 45 dəqiqə davam edəcək.

Saat 13:30-dan 14:30-dək isə "Formula 1" üzrə sərbəst yürüş keçiriləcək.

Saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə "Formula 1"də ikinci sərbəst yürüş başlayacaq.

Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.