Bakıdakı DÇ-də Paris olimpiadasına növbəti lisenziyalar qazanıldı

Bakıdakı DÇ-də Paris olimpiadasına növbəti lisenziyalar qazanıldı

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışda Çin komandasının üzvləri fərqləniblər.

mediasport.az xəbər verir ki, 251.4 xal toplayan Jiayu Han qızıl medala sahib olub.

Gümüş medala da Çindən olan atlet yiyələnib. 250.2 xal toplayan Jiin Vanq həmyerlisindən az fərqlə geri qalıb. Bürünc medalı isə 229.8 xalla Hindistan təmsilçisi Mehuli Qoş bayram edib.

Komanda yarışında Hindistan birinci, Çin ikinci, Almaniya üçüncü olub.

Əldə olunan nəticələrə əsasən, Jiayu Han (Çin), Mehuli Qoş (Hindistan), Şermineh Çehel Amirani (İran), və Audri Qoqniat (İsveçrə) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.