Atıcılıq Mərkəzində Bakı birinciliyinin qalibləri müəyyənləşib

Atıcılıq Mərkəzində Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə paytaxt birinciliyi keçirilib.

Azərbaycan Atıcılıq Federasiyasından Mediasport.az saytına verilən məlumata görə, çempionatda pnevmatik tapança və pnevmatik tüfəngdən atəş üzrə yarışlar təşkil edilib.

Qadınlar, kişilər və qarışıq komanda yarışlarında qaliblər müəyyənləşib.


Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə

Sofiya Barxalova

Zərifə Qasımova

Natalya Qocayeva


Kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə

Hacı Musayev

Elvin Astanov

 Rəsul Məmmədov

Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma üzrə

Jalə Bayramova

Nuranə Əliyeva

 Aynur Mahmudova

Kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma üzrə

Üzeyir Tapdıqlı

 Ramiz Xəlilov 

İlkin Vəliyev 

Qarışıq komanda şəklində 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə

Xanna Əliyeva, Hacı Musayev

Leyli Əliyeva, Elvin Astanov

Sofiya Barxalova, Fərhad Səmədli

Qarışıq komanda şəklində 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma üzrə

Jalə Bayramova, Üzeyir Tapdıqlı

Nuranə Əliyeva, Əliməmməd Hüseynov

Nigar Ramazanova, Ruslan Qəhrəmanov