Bakıdakı Dünya Kubokunda Azərbaycanı onlar təmsil edəcəklər

Bakıdakı Dünya Kubokunda Azərbaycanı onlar təmsil edəcəklər

Aprelin 19-21-də Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, ölkəmizi 7 idmançı təmsil edəcək.

Fərdi proqramda Zöhrə Ağamirova mübarizə aparacaq.

Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət milli isə qrup hərəkətləri proqramında yarışacaq.

Dünya Kubokuna 42 ölkə idmançılarının qatılacağı gözlənilir.