Milli komandamızın iki gimnastı Latviyadan qızıl medalla qayıdır
Azərbaycanın yeniyetmə gimnastları - Nicat Mirzəyevlə Əmmar Baxşəliyev batut gimnastikası üzrə "Latvian Cup" beynəlxalq turnirində qızıl medal qazanıblar.
mediasport.az xəbər verir ki, milli komandanın üzvləri fərdi proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Turnir Latviyanın paytaxtı Riqada keçirilir.