Barış Şimşəkdən "Neftçi"nin futbolçularına VAR seminarı

Barış Şimşəkdən "Neftçi"nin futbolçularına VAR seminarı

Bakı Olimpiya Stadionunun ərazisində yerləşən AFFA VAR mərkəzində “Neftçi” klubunun Gənclər Liqasında çıxış edən komandası üçün Hakimlər Komitəsinin sədri Barış Şimşək tərəfindən seminar keçirilib.

Mediasport.az xəbər verir ki, tədbirdə VAR-ın oyunöncəsi hazırlıq prosesi izah olunub.

Seminarda müvafiq epizodlar üzərində VAR müdaxilələri (oyundankənar vəziyyətin qeydə alınması, penalti epizodları və s.) müzakirə edilib, suallar cavablandırılıb.