"Sərhədçi" evdə uduzdu

"Sərhədçi" evdə uduzdu

Azərbaycan Basketbol Liqasında 25-ci tura yekun vurulub.

mediasport.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.

“Zirvə Astara” - “Sərhədçi” komandalarının qarşılaşmasında ilk dəqiqələrindən üstünlüyü ələ keçirən Astara təmsilçisi 103:93 hesablı qələbəni təmin edib. Görüşün ən məhsuldar basketbolçuları “Sərhədçi”dən Maykl Diqqins (34 xal, 11 ribaund), "Zirvə Astara"dan Ruşard Kruikşenk (22 xal, 8 asist) olublar.

Bu qələbədən sonra xallarının sayını 30-a çatdıran bölgə klubu yeddinci pillədə qərarlaşıb. “Sərhədçi” isə 39 xalla play-off zonasından uzaqlaşaraq beşinci sırada yer alıb.

NTD BK
25 19 6 2256:2030 (+226) 44
Sabah BK
25 18 7 2041:1898 (+143) 43
Gəncə BK
25 17 8 2151:2033 (+118) 42
AAAF Xırdalan BK
25 16 9 2166:2082 (+84) 41
Sərhədçi PİK
25 14 11 2142:2056 (+86) 39
Neftçi İK
25 9 16 2012:2062 (-50) 34
Zirve Astara BK
25 5 20 2082:2261 (-179) 30
Olimpik Şəki BK
25 2 23 1923:2351 (-428) 27