Çempionlar Liqasında penalti qollarına görə liderlər - SİYAHI

 Çempionlar Liqasında penalti qollarına görə liderlər - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) UEFA Çempionlar Liqasında penaltidən ən çox qol vuran futbolçuların siyahısını dərc edib.

Mediasport.az xəbər verir ki, reytinqə Portuqaliya millisinin lideri Kriştiano Ronaldo başçılıq edir.

Karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirən 39 yaşlı superulduzun hesabında 19 qol var. Veteran forvard 22 penaltildən yalnız 3-nü qaçırıb.

ABŞ-nin "İnter Mayami" klubunda oynayan dünya çempionu Lionel Messi 23 penaltidən 18-ni qola çevirə bilib.

"3-lüy"ü 16 dəqiqə penalti zərbəsilə "Barselona"nın hücumçusu Robert Levandovski qapayır. Polşalı hədəfdən 1 dəfə yayınıb.

Sıralamada 11 qolla 4-cü olan Argentina yığmasının sabiq üzvü Serxio Aquero 6 imkanı boşa verib.

Cədvələ ən azı 7 qolu penaltidən vuran 11 futbolçu daxil edilib.