Fransanın Azərbaycandakı səfiri: "Argentina yığmasını təbrik edirəm"

Fransanın Azərbaycandakı səfiri: "Argentina yığmasını təbrik edirəm"

"Dünən Qətərdə keçirilən Dünya çempionatının finalında çox gözəl oyun oldu. Argentina yığmasını bu gözəl oyuna görə təbrik edirəm".

mediasport.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri Ann Buayon deyib

“Təbii ki, Fransa yığması bizi qürurlandırdı, çünki onlar matçda, xüsusilə ikinci hissədə çox gözəl oyun nümayiş etdirdilər. Düşünürəm ki, çempionatın finalında ən güclü komanda qalib gəldi. Qətəri həqiqətən də uğurlu Dünya çempionatının təşkilinə görə təbrik edirəm”, - deyə A.Buayon vurğulayıb.

Argentina - Fransa finalının əsas və əlavə vaxtları heç-heçə (2:2, 1:1) bitib, penaltilər seriyasında daha dəqiq olan cənubi amerikalılar tarixlərində üçüncü dəfə Dünya çempionu tituluna yiyələniblər.