Belarus klubu Bakıda "Zirə"yə 5 qol vuraraq kubokun qalibi olub
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qol U-15” II beynəlxalq futbol turnirinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, “ASKO” Arenada əvvəlcə “Neftçi” və “Turan-Tovuz” komandaları arasında üçüncü yer uğrunda görüş keçirilib.
Görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 0:0. Penaltilər seriyasında daha dəqiq olan “Neftçi” komandası 7:6 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib olub.
Final oyununda “U-15 Akademiya” (Belarus) “Zirə”dün üstün olmaqla (5:1) kuboku qazanıb.
Turnirin ən məhsuldar oyunçusu Fateh Əsgərzadə (“Neftçi”), ən yaxşı oyunçusu Xəqan Şükürov (“Zirə”), ən yaxşı qapıçısı Safi Rüstəm (“U-15 Akademiya”) seçiliblər.
Qaliblərə mükafatları gənclər və idman nazirinin müavini Mariana Vasileva, eləcə də nazirliyin və AFFA-nın məsul şəxsləri, tanınmış futbolçular təqdim ediblər.