"Beşiktaş" Bakıya gəldi - FOTOLAR

"Beşiktaş" Bakıya gəldi - FOTOLAR

Avropa Konfrans Liqası III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" Azərbaycana gəlib.

mediasport.az xəbər verir ki, İstanbul təmsilçisini gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Saat 20:00-da "Neftçi Arena"da "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş və futbolçu Salih Uçanın iştirakı ilə mətbuat konfransı, 20:30-dan isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeyd edək ki, "Neftçi" - "Beşiktaş" qarşılaşması sabah saat 21:00-da start götürəcək.