Biri Gürcüstan, digəri Rumıniyaya

Biri Gürcüstan, digəri Rumıniyaya

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva və Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevə növbəti təyinat verilib.

mediasport.az xəbər verir ki, Xudiyev avqustun 10-da Avropa Konfrans Liqasının III təsnifar mərhələsi çərçivəsində Tbilisidə keçiriləcək “Dila” (Gürcüstan) – APOEL (Kipr) oyununun hakim-inspektoru olacaq.

Mehdiyeva isə həmin gün Buxarestdə oynanılacaq “Styaua” (Rumıniya) – “Norşellan” (Danimarka) qarşılaşmasının UEFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.