Boksçumuz Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb
Tailandın paytaxtı Banqkokda davam edən boks üzrə II Dünya Olimpiya Təsnifat Turnirində Azərbaycan millisinin boksçusu Alfonso Dominges ilk görüşünə çıxıb.
Mediasport.az xəbər verir ki, yarışın dördüncü günündə 92 kq-da mübarizə aparan dünya çempionumuz 1/32 finalda qanalı Conatan Tette ilə qarşılaşıb.
Görüş kubalı legionerimizin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək.
Qarşılaşma mayın 30-da baş tutacaq.