Avropa çempionatında Azərbaycanı təmsil edəcək boksçular məlumdur

Avropa çempionatında Azərbaycanı təmsil edəcək boksçular məlumdur

Sabah Serbiyanın paytaxtı Belqradda kişi və qadın boksçular arasında Avropa çempionatı start götürəcək.

Mediasport.az xəbər verir ki, yığmamız kişi boksçuların mübarizəsində tam heyətlə gücünü yoxlayacaq.

Məşqçilər korpusu çempionatda Həsən Məlikov (48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə (54 kq), Şamil Əsgərov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Kamran Şahsuvarlı (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominges (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcək.

Qadın boksçuların yarışında isə rinqə Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (51 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) çıxacaqlar.