Boks üzrə dünya çempionatlarının mükafat fondu açıqlanıb

Boks üzrə dünya çempionatlarının mükafat fondu açıqlanıb

Növbəti il kişilər və qadınlar arasında arasında keçiriləcək boks üzrə dünya çempionatlarının mükafat fondları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlev Dubayda baş tutan konqresdə çıxışı zamanı deyib.

Assosiasiya rəsmisi kişilərin dünya çempionatında mükafat fondunun 10 milyon, qadınların mübarizəsində isə 5 milyon dollar olacağını açıqlayıb.

2024-cü ildə qadın boksçular arasında baş tutacaq dünya çempionatı Qazaxıstanın Astana şəhərində keçiriləcək. Kişilər arasında nəzərdə tutulan eyniadlı yarışın keçiriləcəyi məkan isə hələ müəyyənləşməyib.