"Böyük beşlik" ölkələrində mövsümün rəmzi komandasına düşənlər - SİYAHI

"Böyük beşlik" ölkələrində mövsümün rəmzi komandasına düşənlər - SİYAHI

Məşhur "goal" nəşri "Böyüş beşlik" ölkələrinin çempionatlarında 2022/2023-cü illər mövsümünü ən yaxşı keçirmiş futbolçulardan ibarət rəmzi heyət tərtib edib.

mediasport.az xəbər verir ki, simvolik "11-lik"yə ən çox "Mançester Siti" futbolçuları düşüb. UEFA Çempionlar Liqası və İngiltərə Premyer Liqasının qalibi olmuş "şəhərlilər"in 4 oyunçusu rəmzi heyətə daxil edilib.


Qapıçı:
Mark-Andre ter Ştegen (“Barselona”)

Müdafiəçilər: Kiran Trippier (“Nyukasl”), Ronald Arauxo (“Barselona”), Kim Min-Jae (“Napoli”), Natan Ake (“Mançester Siti”)

Yarımmüdafiəçilər: Rodri, Kevin de Brüyne (hər ikisi “Mançester Siti”), Cud Bellingem (“Borussiya” Dortmund)

Hücumçular: Vinisius Junior (“Real”), Erlinq Haaland (“Mançester Siti”), Kilian Mbappe (PSJ)