Rəşad Nəbiyev Mingəçevirdə yeni cüdo klubuna baxış keçirib - FOTO

Rəşad Nəbiyev Mingəçevirdə yeni cüdo klubuna baxış keçirib - FOTO

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Mingəçevir şəhərində yerləşən “Qədiroğlu cüdo klubu”na baxış keçirib.

Mediasport.az xəbər verir ki, klubun rəhbəri Ayaz Ümüdəliyev yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzi barədə ümumi məlumat verib.

Ümumi ərazisi 500 m2 olan arena vacib olan zəruri avadanlıqlarla təchiz edilib.

Klubda valideynlər üçün gözləmə zalı və idmançıları üçün digər lazımi şərait yaradılıb.

Təlim mərkəzində gün ərzində 100 yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola bilir.